Rusiya sanksiyalara görə Britaniyanı cavab tədbirləri ilə hədələyir

   Rusiya sanksiyalara görə Britaniyanı    cavab tədbirləri ilə hədələyir
  25 Fevral 2022    Oxunub:1488
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Britaniyanın aviasiya orqanlarına hava əlaqəsi haqqında sazişin müddəalarına riayət etmək üçün bildiriş göndərib. AzVision.az xəbər verir ki, Rusiya "Aeroflot"a qarşı sanksiyalara cavab olaraq Moskvanın oxşar tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib.
- Böyük Britaniyanın aviasiya orqanlarına hava əlaqəsi haqqında sazişin müddəalarına əməl olunmasının zəruriliyi barədə bildiriş göndərilib. Rusiya tərəfi tələblərə əməl etmək üçün hökumətlərarası sazişin müddəalarına uyğun olaraq "güzgü effekti" verən tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır, - məlumatda deyilir.

Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib ki, təkcə fevralın 25-də Britaniya aviaşirkətləri Rusiya hava məkanında 70 tranzit reysi, həmçinin London-Moskva marşrutu üzrə iki reys həyata keçirməlidir.

Xatırladaq ki, cümə axşamı Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdə çıxış edərək bildirib ki, London Ukraynadakı vəziyyətlə əlaqədar ölkədə "Aeroflot"un fəaliyyətini qadağan edir. Həmçinin Rusiya hərbi-sənaye kompleksinin bir sıra müəssisələrinə qarşı sanksiyalar da tətbiq edilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!". Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq iki gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti