"Londondakılar hələ də özlərini Britaniya imperiyası hesab edirlər"- Cabarov

"Londondakılar hələ də özlərini Britaniya imperiyası hesab edirlər"-    Cabarov
  25 Fevral 2022    Oxunub:1281
"Londondakılar Rusiyaya iqtisadi təzyiq elan etməklə hələ də özlərini Böyük Britaniya İmperiyası hesab edirlər".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

- Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya iqtisadiyyatı dağılmayana qədər sakitləşməyəcəklər. Deyəsən, onlar Londonda 19-cu əsr təqvimi ilə, böyük Britaniya imperiyasının dövründə yaşayırlar. Oyanın cənablar, bayırda artıq 21-ci əsrdir! - Cabarov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti