NASA: Sanksiyalar Rusiya ilə əməkdaşlığa mane olmayacaq

  NASA:  Sanksiyalar Rusiya ilə əməkdaşlığa mane olmayacaq
  25 Fevral 2022    Oxunub:2004
ABŞ-ın yeni sanskiyalarının ABŞ Kosmik Agentliyinin (NASA) Rusiyanin aidiyyəti qurumları ilə əməkdaşlığına mane olacağını gözləmirəm. NASA "MKS"in fəaliyyəti ilə bağlı Rusiya ilə əməkdaşlığa davam edir.
AzVision.az xəbər verir ki, bunu NASA-nın sözçüsü CNN-ə açıqlamasında deyib.

- Biz xarici həmkarlarımızla, o cümlədən "Roskosmos"la "MKS"-in təhlükəsiz istismarını təmin etmək üçün işləməyə davam edirik.

Onun sözlərinə görə, ABŞ-ın ixraca nəzarət sahəsində yeni sanksiyaları kosmosla əməkdaşlıq sahəsində Rusiya-Amerika əməkdaşlığına təsir etməyəcək.

Qeyd edək ki, "Roskosmos"un baş direktoru Dmitri Roqozin bəyan etmişdi ki, sanksiyalar Rusiya ilə əməkdaşlığa təsir edərsə, "MKS" nəzarətsiz şəkildə orbitdən çıxacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti