"Bu gün ən ağır gün olacaq" - Ukrayna DİN rəsmisi

   "Bu gün ən ağır gün olacaq" -    Ukrayna DİN rəsmisi
  25 Fevral 2022    Oxunub:1632
Rusiya ilə Ukrayna arasında gedən müharibə genişlənməkdədir. Artıq Ukrayna rəsmiləri paytaxt Kiyev ətrafında döyüşlərin getməsi barədə məlumatlar yayırlar.
AzVision.az xəbər verir ki, bu gün daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib ki, Qərbin onlara verdiyi tank əleyhinə vasitələr effekt verir.

"Düşməni harada görsəniz, dayandırın!" - Zelenski xalqa çağırış etdi
"Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank kolonları ilə İvankov və Çerniqovdan Kiyevə qədər ərazini yarıb keçməkdir.

Rus tankları bizim Tank Əleyhinə İdarə olunan Raketlərimiz(TƏİR)-"Stugna", "Corsar" və müttəfiqlərimizin hədiyyəsi olan "Javelinlər"ə tuş gələrək mükəmməl şəkildə yanırlar. Kiyev müdafiəçiləri hazırdır! - Geraşenko "Telegram" səhifəsində yazıb.



Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq iki gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə   Tank  



Xəbər lenti