"Avropa və ABŞ-da heç kim Rusiya ilə döyüşmək istəmir" - Fransa müdafiə naziri

   "Avropa və ABŞ-da heç kim Rusiya ilə döyüşmək istəmir" -    Fransa müdafiə naziri
  25 Fevral 2022    Oxunub:1964
Fransanın müdafiə naziri Florens Parli Rusiya-Ukrayna müharibəsinə dair açıqlama verib. AzVision.az xəbər verir ki, o, Avropa və ABŞ-da heç kimin Rusiya ilə müharibə etmək arzusunda olmadığını deyib.
Parley RTL radiosunda çıxışı zamanı Qərbin Moskvadan çəkinməsini dolayı yolla etiraf edib.

"Londondakılar hələ də özlərini Britaniya imperiyası hesab edirlər"- Cabarov
- Heç bir Avropa ölkəsində və ABŞ-da Rusiya ilə müharibə etmək istəyi yoxdur. Bizim istədiyimiz bu dəhşətli işğala tez bir zamanda son qoymaqdır, - Parley deyib.

Nazirin sözlərinə görə, əsas məqsəd tezliklə Ukraynanın şərqində atəşkəsə nail olmaqdır.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq iki gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna   Müharibə   Rusiya  



Xəbər lenti