Çavuşoğlu boğazların bağlanması tələbinə cavab verdi

   Çavuşoğlu boğazların bağlanması tələbinə    cavab verdi
  25 Fevral 2022    Oxunub:1154
Xəbər verdiyimiz kimi, fevralın 24-ü Ukrayna Türkiyədən Dardanel və Bosfor boğazlarının bağlanmasını tələb edib.
AzVision.az Türkiyə mediasına istinadən məlumatına görə, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunun Montrö razılaşması çərçivəsində mümkün olub-olmayacağına aydınlıq gətirib.

“Ukrayna bizə rəsmi tələb ünvanlayıb. Montrö razılaşmasının maddələri kifayət qədər açıq və dəqiqdir. Türkiyə bu günə qədər bu razılaşmanı tərəddüdsüz həyata keçirib. Yəni, Türkiyənin tərəf olmadığı bir müharibədə müharibə tərəfi olan ölkələrlə bağlı görülə biləcək tədbirlər var. Türkiyə boğazlardan müharibə gəmilərinin keçidini dayandıra bilər. Lakin Montrö razılaşmasında ayrıca bir məqam var. Əgər müharibə tərəfi olan ölkələrin gəmilərinin öz bazalarına geri qayıtması tələbi olarsa, bu zaman gəmilərin keçidinə icazə verilməlidir.

Hazırda mütəxəssislərimiz müharibə halının olub-olmamasını aydınlaşdırır. Müharibə halını hüquqi olaraq qəbul edərsək, bu proses başlayacaq. İkincisi, müharibə halını qəbul edərsək, Montrö razılaşması çərçivəsində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma qadağan etsək də, Rusiyanın belə bir haqqı var. Razılaşma yaradılarkən, Rusiya özünəməxsus maddə qoyub. Bunlar 19.20 və 21-ci maddələrdir. Maddə bunları tənzimləyir. Ən sonda deyilir ki, sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq tələbi ilə boğazdan keçmək istəyirsə, ona icazə verilir. Əlbəttə, bu da Türkiyənin Rusiyanın hücumunu müharibə olaraq qəbul etməsini gərəkdirir”.

AzVision.az


Teqlər:



Xəbər lenti