Rusiya Ukraynanın itkilərini açıqladı: 118 hərbi obyekt vurulub

   Rusiya Ukraynanın itkilərini açıqladı:   118 hərbi obyekt vurulub
  25 Fevral 2022    Oxunub:2225
Rusiya Federasiyasının silahlı qüvvələri xüsusi əməliyyat zamanı Ukrayna hərbi infrastrukturlarının 118 obyektini sıradan çıxarıb. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
Onun sözlərinə görə dünən axşam saatlarında 83 obyekt sıradan çıxarılıb.

800 hərbçi, 30-dan artıq tank, 7 təyyarə - Rusiyanın itkiləri
- Xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 118 hərbi obyektini sıradan çıxarıb. Onların arasında 11 hərbi aerodrom, 13 komanda məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin rabitə mərkəzləri, 14 S-300 və "Osa" zenit-raket kompleksləri, 36 radar stansiyası var, - Konaşenkov bildirib.

Onun sözlərinə görə Ukraynanın müxtəlif hüquq-mühafizə orqanlarının 150-dən çox hərbçisi silahı yerə qoyub.

- Hərbi əməliyyatlar zamanı Ukraynanın müxtəlif güc strukturlarının 150-dən çox hərbçisi silahı yerə qoyaraq təslim olub. "İlan ada"sı ərazisində 82 ukraynalı hərbçi silahı ataraq könüllü şəkildə Ukrayna ordusunun bölmələrin Rusiya Silahlı Qüvvələrinə təslim olub.Hazırda onlardan döyüş əməliyyatlarında iştirakdan imtina haqqında sənəd imzalaması tələb olunur. Onlar yaxın vaxtlarda ailələrinə qaytarılacaqlar , - Konaşenkov deyib.

Rusiya Müdafiə Nazirliyi rəsmisi həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin 53-cü əlahiddə mexanikləşdirilmiş briqadasının daha 11 hərbçisi isə Nikolaevsk qəsəbəsi ərazisində təslim olub. Bundan başqa Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarının 36-cı əlahiddə briqadasının dəniz piyadalarının bölmələrindən biri "DXR" "xalq milisləri"nin komandanlığı ilə əlaqə saxlayıb və respublika ərazisinə daxil olmaq üçün dəhliz istəyib. Onun sözlərinə görə həmin hərbçilər də silahlarını təhvil verdikdən sonra ailələrinin yanına qayıda biləcəklər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq bir neçə gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir. Kiyev rəhbərliyi paytaxt ətrafında da hərbi əməliyyatların aparıldığını bəyan ediblər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Kiyev   Müharibə   İtki  



Xəbər lenti