Çempionlar Liqasının finalı Rusiyadan alındı
AzVision.az -ın "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
Bundan başqa, UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb. Bura klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva "Spartak"ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.
AzVision.az
Teqlər: UEFA