- Heç kim Ukraynanı işğal etməyəcək. Kimsə Ukrayna xalqına hücum, ukraynalı hərbçilərlə isə alçaldıcı rəftar etməyəcək - Lavrov-Lavrov deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".
Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq bir neçə gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir. Kiyev rəhbərliyi paytaxt ətrafında da hərbi əməliyyatların aparıldığını bəyan ediblər.
Tural Tağıyev
AzVision.az