İtaliyanın baş naziri Zelenski ilə əlaqa saxlaya bilmir

 İtaliyanın baş naziri Zelenski ilə əlaqa saxlaya bilmir
  25 Fevral 2022    Oxunub:1651
İtaliyanın baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir saat yarım əvvəl əlaqə saxlamalı olduğunu, lakin zəng etmək mümkün olmadığını bildirib.
AzVision.az xəbər verir ki, İtaliya Parlamentinin Deputatlar Palatasında çıxış edən Draqi deyib:

“Axşam mən prezident Zelenskinin də iştirak etdiyi Avropa Şurasının fövqəladə iclasında iştirak etdim. Zelenski ilə əlaqə saxlamaq həqiqətən dramatik an idi. Kiyevin hansısa bölgəsinə sığınıb. O, Ukraynanın artıq vaxtı olmadığını söylədi, ailəsi ilə birlikdə Rusiya işğalçı qüvvələrinin hədəfindədir. Bu, bütün iştirakçılara dərindən təsir etdi”, o, bildirib.

AzVision.az




Teqlər: İtaliya   Ukrayna  



Xəbər lenti