Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi
  10 Aprel 2014    Oxunub:994
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AzVision.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi 6 pillə irəliləyib.

Berti Foqtsun komandası 398 xalla 85-ci pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisi 1 pillə geriləyərək 9-cu yerə yuvarlanıb. Digər rəqiblərimizdən Xorvatiya (-4) 20-ci, Norveç (+1) 56-cı, Bolqarıstan (-6) 73-ci və Malta isə (+7) 127-cü pillədə qərarlaşıb.

Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1460 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1340) ikinci, Portuqaliya (1245) isə üçüncü olub.


Teqlər:





Xəbər lenti