- Biz həmişə diplomatik həllin tərəfdarı olmuşuq və diplomatik həll üçün etibarlı zəmin yaradılmasında həlledici rol oynayan Rusiya olub. Mən Minsk razılaşmalarını nəzərdə tuturam,- deyib.
O həmçinin qeyd edib ki, Ukrayna ilə istənilən an danışıqlara hazırdır. Lavrov Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara razılıq verəcəyi şərti açıqlayıb. Onun sözərinə görə,
Ukrayna Silahlı Qüvvələri silahı yerə qoysa, təmas mümkündür.
Qeyd edək ki, tarixdə ilk dəfə keçirilən XİN danışıqlarında "Luqansk Xalq Respublikası"nın xarici işlər naziri Vladislav Deyneqo və "Donetsk Xalq Respublikası"nın xarici işlər nazirinin birinci müavini Serqey Peresada iştirak edib.
Tural Tağıyev
AzVision.az