"Rusiya Ukrayna ilə danışıqlara hazırdır" - Lavrov şərti açıqladı

   "Rusiya Ukrayna ilə danışıqlara hazırdır" -    Lavrov şərti açıqladı
  25 Fevral 2022    Oxunub:1928
"Rusiya həmişə Ukraynadakı böhranın diplomatik yolla həllinin tərəfdarı olub". AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada "LXR" və "DXR"-in xarici işlər nazirliklərinin nümayəndələri ilə görüşdən sonra deyib.
- Biz həmişə diplomatik həllin tərəfdarı olmuşuq və diplomatik həll üçün etibarlı zəmin yaradılmasında həlledici rol oynayan Rusiya olub. Mən Minsk razılaşmalarını nəzərdə tuturam,- deyib.

"Heç kim Ukraynanı işğal etməyəcək" - Lavrov
O həmçinin qeyd edib ki, Ukrayna ilə istənilən an danışıqlara hazırdır. Lavrov Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara razılıq verəcəyi şərti açıqlayıb. Onun sözərinə görə, Ukrayna Silahlı Qüvvələri silahı yerə qoysa, təmas mümkündür.

Qeyd edək ki, tarixdə ilk dəfə keçirilən XİN danışıqlarında "Luqansk Xalq Respublikası"nın xarici işlər naziri Vladislav Deyneqo və "Donetsk Xalq Respublikası"nın xarici işlər nazirinin birinci müavini Serqey Peresada iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Rusiya   Ukrayna  



Xəbər lenti