CNN: "Zelenski bunkerə sığınıb"

      CNN:    "Zelenski bunkerə sığınıb"
  25 Fevral 2022    Oxunub:1859
Rusiya-Ukrayna müharibəsi genişlənməkdədir. AzVision.az xəbər verir ki, artıq döyüşlər Ukrayna paytaxtı Kiyev ətrafında getməsi barədə məlumatlar yayılıb.
Bu gün isə Rusiya ordusunun Kiyevə hücumu səbəbindən Ukrayna Prezidenti Vladimir Zelenskinin bunkerə aparılması barədə informasiya yayılıb. Məlumatı “CNN” dərc edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq bir neçə gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir. Kiyev rəhbərliyi paytaxt ətrafında da hərbi əməliyyatların aparıldığını bəyan ediblər

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti