Alman diplomatlar Ukraynadan Polşaya gedib

   Alman diplomatlar Ukraynadan Polşaya gedib
  25 Fevral 2022    Oxunub:1738
Almaniya diplomatları Ukraynanı tərk edərək Polşaya gedib.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Zasse Berlində keçirdiyi brifinqdə deyib.

“Biz səfirliyi Kiyevdən köçürdük, səfirlik tam bağlanmayıb, orada işçilər var. Səfirliyə işləməyə göndərilən həmkarlarımız dünən Polşaya yola düşüblər”, Zasse bildirib. Onun sözlərinə görə, indi Almaniya Xarici İşlər Nazirliyi diplomatik missiyanın gələcək iş yeri ilə bağlı qərar qəbul edir.

AzVision.az


Teqlər: Almaniya  



Xəbər lenti