Zelenski Putinə danışıqlar təklif etdi - VİDEO

   Zelenski Putinə danışıqlar təklif etdi -   VİDEO
  25 Fevral 2022    Oxunub:2600
Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə Rusiya Prezidentinə müraciət edib. xəbər verir ki, o danışıqlara hazır olduğunu bəyan edib.
- Rusiya Federasiyasının Prezidentinə bir daha müraciət etmək istəyirəm. Ukraynanın hər yerində döyüşlər gedir. Gəl insanların ölümünün qarşısını almaq üçün danışıqlar masasına oturaq, - o deyib.



Putin Zelenski ilə danışıqlara hazırdır
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq bir neçə gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir. Kiyev rəhbərliyi paytaxt ətrafında da hərbi əməliyyatların aparıldığını bəyan ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Zelenski  



Xəbər lenti