Qorbaçov rus deputatları vecinə almadı

Qorbaçov rus deputatları vecinə almadı
  10 Aprel 2014    Oxunub:1863
Qorbaçov onun həbs edilməsini istəyənlərə cavab verdi
Rusiyada bəzi millət vəkilləri SSRİ-nin dağılmasına səbəb olduğu üçün Mixail Qorbaçov barəsində cinayət işinin açılmasını istəyiblər.

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, “Vahid Rusiya” partiyası, Kommunist Partiyası və Liberal Demokrat Partiyasının bəzi millət vəkilləri M.Qorbaçovun həbs edilməsini tələb ediblər.

Deputatlar Qorbaçovun SSRİ-nin dağılması müddətindəki rolu və fəaliyyəti ilə bağlı cinayət işinin açılmasını istəyiblər.

Millət vəkillərinin bu tələbi ilə bağlı danışan Qorbaçov bildirib ki, həmin deputatlar onun adından istifadə edib reklam olunmaq və gündəmdə qalmaq istəyirlər. Onun haqqında səsləndirilən bu iddiaları rədd edən Qorbaçov həmin şəxslərə cavab vermək istəmədiyini deyib: “Təbii ki, mən bu insanlara cavab vermək istəmirəm. Mən işlərimlə və səhhətimlə maraqlanıram”,-deyə M.Qorbaçov əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti