Peskov: "Rusiya Ukraynaya danışıqların təşkili üçün razılıq verib"
“Biz Minskdə danışıqların təşkil edilməsini ukraynalılara demişik. Putin dərhal prezident Lukaşenko ilə telefonla danışıb və bildirib ki, Belarus tərəfi və prezident nümayəndə heyətlərinin gəlişini ən yaxşı şəkildə təşkil etmək, onların təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəklər. Bu element indi də vacibdir və danışıqların birbaşa aparılması şərtlərindəndir.
Rusiya tərəfi dərhal prezidentin tapşırığı ilə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti yaradıb. Bütün bu məlumatlar ukraynalıların diqqətinə çatdırılıb”, – Peskov jurnalistlərə bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


