Görünməmiş hadisə - Papa Ukraynaya görə Rusiya səfirinin yanına getdi

    Görünməmiş hadisə    - Papa Ukraynaya görə    Rusiya səfirinin yanına getdi
  25 Fevral 2022    Oxunub:1982
Roma Papası Fransisk Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı narahatlığını Moskva səfirinə çatdırmaq üçün bu gün Rusiyanın Müqəddəs Taxt-tacdakı səfirliyinə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yaylb.

Vatikanın sözçüsü Matteo Bruninin sözlərinə görə, Papa Fransisk səfirlikdə təxminən 30 dəqiqə qalıb.

Məlumat görə, bu, diplomatik protokoldan görünməmiş bir hadisə idi. Papanın ilk dəfə səfirlə danışmaq üçün səfirliyə getdiyi güman edilir. Xarici səfirlər adətən Vatikanın dövlət katibi tərəfindən çağırılır və ya Apostol sarayında Papa ilə görüşürlər.

AzVision.az



Teqlər: Vatikan/   Ukrayna   Rusiya  



Xəbər lenti