"NATO Ukraynanı dəstəkləməyə hazırdır" - Stoltenberq

   "NATO Ukraynanı dəstəkləməyə hazırdır" -    Stoltenberq
  25 Fevral 2022    Oxunub:2289
NATO-ya üzv ölkələrin liderlərinin iclası başa çatıb. Görüşdən sonra yayılan birgə bəyanatda Putinin hücum qərarının dəhşətli strateji səhv olduğu qeyd edilib.
AzVision.az xəbər verir ki birgə bəyanatda deyilir:

"Biz Alyansın şərq hissəsinə əhəmiyyətli dərəcədə əlavə müdafiə qüvvələri yerləşdiririk. Ukraynanın demokratik yolla seçilmiş prezidenti, parlamenti və hökumətinin və vətənini müdafiə edən cəsur Ukrayna xalqının yanındayıq”.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Putinin Ukraynaya hücum qərarını davam etdirməsi dəhşətli strateji səhvdir:

"Rusiya buna görə gələcəkdə çox ağır bədəllər ödəyəcək. NATO müttəfiqləri və Avropa Birliyi artıq çox ciddi sanksiyalar tətbiq edib. Biz NATO-ya daxil olan ölkələrin ərazilərinin hər qarışını müdafiə etmək üçün nə lazımdırsa edəcəyik. NATO Ukraynanı dəstəkləməyə hazırdır. Bugünkü sammitimizdə müttəfiqlər bunu elan etdilər. Bu, daim inkişaf edən və çox çətin bir prosesdir".

AzVision.az


Teqlər: NATO   Rusiya  



Xəbər lenti