Putin və Lavrovu sanksiya siyahısına daxil edib

   Aİ    Putin və Lavrovu    sanksiya siyahısına daxil edib
  25 Fevral 2022    Oxunub:1447
Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putini və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahısına daxil edib.

AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Aİ Rusiyaya qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

Borrel qeyd edib ki, ümumilikdə sanksiya siyahısına 26 rusiyalı daxildir.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etmək barədə razılığa gəliblər.

Böyük Britaniyanın Baş naziri Boris Conson isə qeyd edib ki, dünya Putinin Ukraynaya təcavüz aktında uğursuzluğa düçar olacağına əmin olmalıdır. O əlavə edib ki, bu hərəkətdən sonra Rusiya ilə münasibətlərin normallaşması mümkün deyil.

AzVision.az

Teqlər:   Rusiya  

Xəbər lenti