Ukrayna və Rusiya danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparır

      Ukrayna və Rusiya danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparır
  26 Fevral 2022    Oxunub:2059
Ukrayna rəhbərliyi Rusiya prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifi ilə razılaşıb. Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Facebook-da məlumat verib.
O, Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı iddiaları təkzib edib.

"Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası prezidentinin təklifi ilə razılaşdıq. Birbaşa bu saatlarda tərəflər danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”, - Nikiforov yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti