Zelenski ilə Putin Ukraynanın neytral statusunu müzakirə edə bilər

   Zelenski ilə Putin Ukraynanın neytral statusunu müzakirə edə bilər
  26 Fevral 2022    Oxunub:2389
Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər.
AzVision.az xəbər verir ki, bu barədə UNİAN-a açıqlamasında Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır", - Podolyak deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti