"Bu gecə çox ağır olacaq” - Zelenski

   "Bu gecə çox ağır olacaq” -     Zelenski
  26 Fevral 2022    Oxunub:2978
"Bu gecə çox ağır olacaq. Hücuma keçəcəklər. Paytaxtı vermək olmaz. Bu gecəni dayanmalıyıq! Hədəf işarələrini bağlayın, düşmən texnikasını yandırın”.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında dərc olunan müraciətində bildirib.

"Bu gecə gündüzdən daha çətin olacaq. Dövlətimizin bir çox şəhərləri hücuma məruz qalıb. Çerniqov, Sumi, Xarkov, oğlanlarımız, Donbasdakı qızlarımız, Ukraynanın cənubundakı şəhərlər, Kiyevə xüsusi diqqət. Paytaxı itirmək olmaz”, - Zelenski vurğulayıb.

O, Ukrayna müdafiəçilərinə müraciət edərək deyib: "Bu gecə bütün cəbhələrdə düşmən bizim müqavimətimizi qırmaq üçün əlində olan bütün qüvvələrdən istifadə edəcək. Gözləyirik. Bu gecə dözməliyik. Hazırda Ukraynanın taleyi həll olunur".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti