Rusiyanın Ukraynadakı itkiləri: 3500-dən çox hərbçi ölüb, 700-ə yaxın texnika məhv edilib

      Rusiyanın Ukraynadakı itkiləri:    3500-dən çox hərbçi ölüb, 700-ə yaxın texnika məhv edilib
  26 Fevral 2022    Oxunub:1848
Rusiyanın Ukraynada itirdiyi hərbçilərin və texnikaların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, Ukrayna müdafiə naziri müavini Anna Malyar bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə qeyd edib ki, 3 500-dən çox rusiyalı hərbçi ölüb, 200 nəfər əsir düşüb.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti