Rusiya Ukraynanın 821 hərbi obyektini vurub

   Rusiya Ukraynanın    821 hərbi obyektini vurub
  26 Fevral 2022    Oxunub:2329
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna hava və dəniz bazalı qanadlı raketlərdən istifadə etməklə uzaqmənzilli dəqiqliyə malik silahlarla zərbə endirib.
AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ukraynanın hərbi infrastrukturunun 821 obyekti vurulub. Onlardan 14-ü hərbi aerodrom, 19-u komanda-idarəetmə mərkəzi və rabitə mərkəzi, 24-ü S-300 və "Osa" zenit-raket kompleksləri, 48-i radiolokasiya stansiyalarıdır.

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti