Uorlikin görüşdüyü erməni kimdir? - DOSYE

Uorlikin görüşdüyü erməni kimdir? - DOSYE
  10 Aprel 2014    Oxunub:1640
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikada ermənilərin `Ay Dat` Komitəsinin sədri Ken Xaçikyanla görüşüb.

Bu barədə Uorlik öz “Twitter” mikrobloqunda yazıb. Və əlavə edib ki, Ken Xaçikyan – Amerika ermənilərinin aydın səsidir.

Qeyd edək ki, Kennet Xaçikyan – Amerika erməni diasporunun ən nüfuzlu simalarından biridir. Məhz onun sayəsində qondarma “erməni soyqırımı” məsələsi hər dəfə Ağ Evdə qaldırılır.

1944-cü ildə Kaliforniyada anadan olmuş Xaçikyan tanınmış hüquqşünas və siyasi strateq, texnoloqdur Amerikanın bir neçə prezidentinin spiçrayteri və məsləhətçisi olub.

O, ABŞ-ın ən böyük lobbi təşkilatlarından biri olan Amerika Erməniləri Milli Komitəsinə (ANCA) başçılıq edir.

Xaçiktyan Türkiyəyə qarşı aqressiv siyasət yürüdülməsinin tərəfdarı kimi tanınır. Qarabağ məsələsində Azərbaycana təzyiq göstərməsi üçün prezident Barak Obamaya bir neçə məktub yazıb.

2008-ci ildə rejissor Ron Hovardın çəkdiyi “Frost Niksona qarşı” filmində Xaçikyan obrazı da vardı.

Tariyel


Teqlər:  





Xəbər lenti