Ruslar Ukraynada 200-ə yaxın mülki şəxsi öldürüb - Üçü uşaqdır

   Ruslar Ukraynada 200-ə yaxın mülki şəxsi öldürüb -    Üçü uşaqdır
  26 Fevral 2022    Oxunub:2074
Son iki gündə Rusiya Silahlı Qüvvələri ilə döyüş nəticəsində Ukraynanın ən azı 198 mülki vətəndaşı həlak olub, 1 115 ölkə sakini yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat verib.

Nazirin sözlərinə görə, tibb işçiləri fasiləsiz işləyirlər, təkcə cərrahi profillilər, travmatoloqlar, reanimatoloqlar yox, bütün həkimlər növbə çəkirlər. O bildirib ki, müharibədə həlak olan ukraynalıların 3-ü, yaralıların isə 33-ü uşaqdır.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti