Amerikalı konqresmen Xocalı faciəsinin qurbanlarını yad etdi
O, qeyd edib ki, Xocalı faciəsi Azərbaycanın qonşu Ermənistanla münaqişəsi zamanı baş verib: “Qarabağ bölgəsinin Xocalı rayonunda mülki azərbaycanlılar heç bir fərq qoyulmadan hədəfə alınaraq atəşə məruz qalıblar. Nəticədə, 613 nəfərə qədər mülki şəxs həlak olub, daha çox sayda yaralı və girovun olduğu bildirilir”.
Konqresmen deyib ki, baş vermiş hadisəni dəyişmək artıq mümkün olmasa da, qurbanları yad edə və dünyaya xatırlada bilərik ki, mülki şəxslərin hədəfə alınması heç bir halda qəbul edilən deyil: “Biz keçmişdən dərs almalıyıq. ABŞ sülhü dəstəkləyərək Xocalıda həlak olanların xatirəsini yad edir ki, bir daha heç kəs eyni aqibəti yaşamasın. Xanım sədr, biz bu gün Xocalı qurbanlarını dərin kədərlə anırıq və onların xatirəsini qəlbimizdə və xatirəmizdə daim yad edəcəyik”.
AzVision.az
Teqlər: Xocalı Konqresmen







Vaxtında, Aydın, Lazımlı!


