Kiyev-Jitomir körpüsü partladılıb- VİDEO

   Kiyev-Jitomir körpüsü partladılıb-   VİDEO
  26 Fevral 2022    Oxunub:2310
Ukraynada müharibənin gedişində daha bir strateji körpü partladılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Kiyev-Jitomir avtomobil yolunun üzərində olan-Stoyanka kəndindəki körpü partlayıcılarla sıradan çıxarılıb.

Ukraynanın itkiləri: 198 ölü, 1115 yaralı
Yaranmış vəziyyət Kiyev və Jitomir şəhərləri arasında nəqliyyatın aktiv istifadəsində ciddi problemlər yaradıb. İnsanlar bununla bağlı video paylaşaraq Stoyankaya qədər gəlməməyi, başqa alternativ yodan istifadə etməyi məsləhət görürlər.
Qeyd edək ki, ukraynalı hərbçilər rusiyalı təxribatçıların hərbi texnikalarla rahat şəkildə irəliləməsinin qarşısını almaq üçün strateji körpüləri sıradan çıxarırlar.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Körpü   Rusiya   Müharibə  



Xəbər lenti