Yeni rus hərbi əsirlərin görüntüləri yayıldı- VİDEO

   Yeni rus hərbi əsirlərin görüntüləri yayıldı-   VİDEO
  26 Fevral 2022    Oxunub:3691
Ukrayna mediası ordunun daha dörd rus hərbçisini ələ keçirməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar əsgərlərin foto və vidolarını yayaraq onların demək olar ki, uşaq olduqlarını yazıblar.
Kiyev-Jitomir körpüsü partladılıb- VİDEO
- Əsirlərdən biri 22 yaşlı istehkamçı, digəri isə 20 yaşlı sürücüdür. Onlardan birinin gözləri bağlanıb. Ukrayna hərbçiləri onlardan şəxsi məlumatları, o cümlədən doğum ili, yaşayış yeri, hansı bölmədə xidmət etdikləri, valideynlərinin olub-olmaması barədə informasiyalar istəyib,- məqalədə yazılıb.

Xatırladaq ki, bundan öncə də rus hərbçilərin əsir düşməsi barədə görüntülər yayılmışdı.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ukrayna   Rusiya  



Xəbər lenti