Merin sözlərinə görə, hazırda yerli ərazi müdafiə qrupları əməliyyatlar keçirirlər və bu gün Rusiyanın dörd pilotsuz təyyarəsini vurublar.
|
| Mer əhalini küçə döyüşlərinə hazırlaşmağa çağırdı- VİDEO |
Mer həmçinin əlavə edib ki, Ukrayna hərbçilərinin yataq vasitələri, yüksək kalorili qidalara ciddi ehtiyacı var. Bundan əlavə, telefonlar, yanacaq, termal kameralar və termoslar lazımdır.
- Biz bunları Poltava Şəhər Şurasının əsas girişində qəbul edirik. Yardıma və şəhərimizin qorunmasına verdiyiniz töhfəyə görə minnətdar olacağıq, - mer deyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


