Poltavada 4 Rusiya PUA-sı vurulub

   Poltavada    4 Rusiya PUA-sı    vurulub
  26 Fevral 2022    Oxunub:2121
Ukraynada gəegin döyüşlər davam edir. AzVision.az xəbər verir ki, bu gün Poltava şəhərinin meri Aleksandr Mamay əhaliyə müraciət edib.
O şəhər sakinlərini partlayış səsləri eşidəcəkləri təqdirdə panikaya düşməməyə çağırıb.
Merin sözlərinə görə, hazırda yerli ərazi müdafiə qrupları əməliyyatlar keçirirlər və bu gün Rusiyanın dörd pilotsuz təyyarəsini vurublar.

Mer əhalini küçə döyüşlərinə hazırlaşmağa çağırdı- VİDEO
- Hörmətli poltavalılar! Sakit olun! Yenicə partlayışlar eşitdiniz. Ərazi müdafiə qruplarımız 4 pilotsuz uçan aparatı vurdu. Anlayışınız üçün təşəkkür edirik! Möhkəm dayanın, xəbərləri izləyin, - o sosial şəbəkələrdə payaşım edərək yazıb.

Mer həmçinin əlavə edib ki, Ukrayna hərbçilərinin yataq vasitələri, yüksək kalorili qidalara ciddi ehtiyacı var. Bundan əlavə, telefonlar, yanacaq, termal kameralar və termoslar lazımdır.

- Biz bunları Poltava Şəhər Şurasının əsas girişində qəbul edirik. Yardıma və şəhərimizin qorunmasına verdiyiniz töhfəyə görə minnətdar olacağıq, - mer deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   PUA  



Xəbər lenti