Dövlət Departamentindən amerikalılara çağırış: "Təcili Belarusu tərk edin!"

   Dövlət Departamentindən amerikalılara çağırış:    "Təcili Belarusu tərk edin!"
  26 Fevral 2022    Oxunub:1702
ABŞ Dövlət Departamenti Belarusla bağlı vətəndaşlarına çağırış edib. Amerikanın Minskdəki səfirliyinin bəyanatında deyilir ki, Dövlət Departamenti vətəndaşlara Belarusu dərhal tərk etməyi tövsiyə edir.
- Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edir və Belarusdakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır, – səfirliyin "Twitter" səhifəsində yazılıb.
Taliban Əfqanıstan vətəndaşlarını Ukraynadan çıxarmağı planlaşdırır

Qeyd olunur ki, Minsk hava limanı vasitəsilə müəyyən beynəlxalq istiqamətlərdə ölkəni tərk etmək olar, Litva, Latviya və Polşa ilə quru sərhədləri açıqdır və adi rejimdə işləyir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Belarus  



Xəbər lenti