Ukrayna sərhədçiləri bir neçə rus diversant tutub- FOTOLAR

   Ukrayna sərhədçiləri bir neçə rus diversant tutub-   FOTOLAR
  26 Fevral 2022    Oxunub:1933
Ukrayna daha bir neçə rus diversantı saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Kuçurqan keçid məntəqəsi (Odessa vilayəti-red.) yaxınlığında iki rusiyalı diversant saxlanılıb.

Yeni rus hərbi əsirlərin görüntüləri yayıldı- VİDEO
- İndilərdə Dövlət Sərhəd Xidmətinin hərbçiləri Pridnestrovye istiqamətində iki rusiyalı diversantı saxlayıblar, - məlumatda deyilir.

Qeyd olunur ki, rus əlaltıları hərbi obyektləri və Küçurqan keçid məntəqəsinin infrastrukturunun fotolarını çəkirlərmiş.

- Onları sərhədçilər ələ keçiriblər. Saxlanılan zaman təxribatçılar telefonu sındırıblar. Onların gəldiyi mikroavtobusda saxlanılanların təxribat fəaliyyətinə dəlalət edən yataq kisələri və digər əşyalar da tapılıb. Həmçinin Moldova pasportunu da daşıyırlarmış. Cinayətkarlar polisə təhvil veriliblər, - məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə də Ukraynanın ayrı-ayrı bölgələrində xeyli sayda təxribatçı və Rusiyaya hərbi məlumatlar ötürənlərin saxlanılması barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.







Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti