Zelenski Türkiyəyə təşəkkür etdi: “Xalqımız bunu heç vaxt unutmayacaq!”

      Zelenski Türkiyəyə təşəkkür etdi:    “Xalqımız bunu heç vaxt unutmayacaq!”
  26 Fevral 2022    Oxunub:1967
“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski özünün Tvitter hesabında yazıb.

Ərdoğanla Zelenski arasında telefon danışığı olub
“Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Ərdoğan   Türkiyə   Ukrayna   Rusiya  



Xəbər lenti