Füzuli Ələkbərov şimal bölgəsində

Füzuli Ələkbərov şimal bölgəsində
  03 Aprel 2013    Oxunub:1344
Aprelin 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, aprelin 12-də nazir Füzuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) sakinlərinin nazirliyin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının və nazirlik yanında İctimai Şuranın üzvlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq.

Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti