Rusiya hərbi gəmilərinin Qara dənizə keçidi bağlanıb?

   Rusiya hərbi gəmilərinin Qara dənizə keçidi bağlanıb?
  26 Fevral 2022    Oxunub:1673
Rusiya tərəfi hərbi gəmiləri üçün boğazların bağlanması ilə bağlı Ankaradan heç bir bildiriş almayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi məlumat yayıb.

"Səfirlik Türkiyə tərəfdən boğazların Rusiya hərbi gəmiləri üçün bağlanması ilə bağlı heç bir rəsmi bildiriş almayıb", - deyə, Rusiyanın diplomatik missiyası bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Tvitter hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi gəmilərinin Qara dənizə daxil olmasını qadağan etdiyini bildirib.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə  



Xəbər lenti