500-ə yaxın azərbaycanlı Ukraynadan çıxarılıb

   500-ə yaxın azərbaycanlı Ukraynadan çıxarılıb
  26 Fevral 2022    Oxunub:1475
Bu günlərdə 500-ə yaxın azərbaycanlı Ukraynadan Moldovaya evakuasiya olunub.
AzVision.az xəbər verir ki, bunu Moldova Azərbaycanlıları Konqresinin (MOK) sədri Elçin Bayramov deyib. Onun sözlərinə görə, həmyerlilərimizə lazımi yardım göstərilir:

"Səfirliklə birlikdə maşınlar təşkil edilib, onları Kişinyova gətiririk. Hazırda viza məsələləri ilə Azərbaycanın Moldovadakı səfirliyi məşğul olur. Rumıniyadan İstanbula uçuşlar var. Azərbaycan vətəndaşlarına uçmaq üçün viza lazım olacaq. Bu istiqamətdə işimizi davam etdiririk”, - deyə Bayramov bildirib.

AzVision.az


Teqlər: Moldova  



Xəbər lenti