ABŞ Rusiya Mərkəzi Bankına sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ Rusiya Mərkəzi Bankına sanksiyalar tətbiq etməyə hazırlaşır
  26 Fevral 2022    Oxunub:1579
ABŞ Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməyi düşünür.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Bu addım Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatlar başlamazdan əvvəl topladığı 643 milyard ABŞ dolları məbləğində ehtiyatlara yönəlib.

Cari ilin yanvar ayından ABŞ-da bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Bununla belə, mənbələrə görə, maliyyə tənzimləyicisinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü agentliyə Rusiya Mərkəzi Bankına mümkün tədbirlərin tətbiqi ilə bağlı şərh verməkdən imtina edib.

AzVision.az



Teqlər: ABŞ   Rusiya-Mərkəzi-Bankı  



Xəbər lenti