Baş konsulumuz ABŞ-a səsləndi

Baş konsulumuz ABŞ-a səsləndi
  10 Aprel 2014    Oxunub:1639
Azərbaycanın Los-Ancelsdəki baş konsulu Nəsimi Ağayev Environmental Directions Radio (EDR) proqramına müsahibə verib.
AzVision.az xəbər verir ki, Nəsimi Ağayev müsahibəsində Azərbaycanın coğrafiyası, xüsusilə də bitki və heyvan növləri, milli park və qoruqların mühafizəsi, Bakı ətrafında neftlə çirklənmiş torpaqların təmizlənməsi, Xəzər dənizinin ekologiyasının yaxşılaşdırılması və s. haqda məlumat verib.

Azərbaycanın dövlətçilik tarixi, musiqi və mədəni mirası, keçmiş dini və etnik adət-ənənələri, bu mirasın qorunması və gələcək nəsillərə ötürülməsi üçün ölkə hökumətinin fəaliyyətindən danışan Ağayev Azərbaycanın turizm potensialı ilə bağlı məlumat verib.

Qeyd edək ki, EDR proqramı 1977-ci ildə ABŞ-da fəaliyyətə başlayıb. Ətraf mühit problemləri ilə bağlı mövzuları müzakirə edən radio proqramı həftədə bir dəfə yayımlanır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti