BMT: Ukraynanı 150 mindən çox adam tərk edib

    BMT:   Ukraynanı 150 mindən çox adam tərk edib
  26 Fevral 2022    Oxunub:1860
Ukraynanı indiyədək 150 mindən çox insan tərk edib, qaçqınlar əsasən Polşa, Macarıstan, Moldova və Rumıniyaya üz tuturlar.
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Flippo Qrandi bildirib.

“Bu vaxtadək 150 mindən çox ukraynalı qaçqın qonşu ölkələrin sərhədini keçib, onların yarıdan çoxu Polşaya, digər hissəsi isə Macarıstan, Moldova və Rumıniyaya gedib. Həmçinin Ukraynada da məcburi köçkünlərin sayı artır, lakin hərbi vəziyyət onların sayını müəyyənləşdirməyi və yardım göstərməyi çətinləşdirir”, - Ali komissar tviter hesabında belə yazıb.

Fevralın 24-də Kiyev vaxtı ilə saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda hərbi əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda, o cümlədən paytaxt Kiyev ətrafında davam edir.

AzVision.az



Teqlər: Ukrayna   Evakuasiya  



Xəbər lenti