Xarkovda Rusiya kəşfiyyat qrupu yaxalandı

Xarkovda Rusiya  kəşfiyyat qrupu yaxalandı
  26 Fevral 2022    Oxunub:4309
Ukraynanın Xarkov şəhərində Milli Qvardiya hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiyanın kəşfiyyat qrupunu ələ keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Milli Qvardiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.

Kəşfiyyatçılarda o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd - 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.

AzVision.az



Teqlər: Xarkov   Rusiya-Kəşfiyyatı  



Xəbər lenti