“Sanksiyalar Rusiyanın inkişafını ləngidəcək” – Çin nəşri

 “Sanksiyalar Rusiyanın inkişafını ləngidəcək” –    Çin nəşri
  27 Fevral 2022    Oxunub:2312
Çinin “The Global Times” nəşri "ABŞ-ın ümidlərinə rəğmən, sanksiyalar Rusiyanı sarsıtmayacaq" başlıqlı məqalə dərc edib. Yazıda deyilir ki, məhz ABŞ hökuməti Ukrayna ətrafında vəziyyəti gərginləşdirməyə və bu ölkə daxilində gərginliyi artırmağa davam edir.
Çin nəşrinin fikrincə, ABŞ-ın üç məqsədi var:
• Birinci məqsəd Ukraynanın daxili siyasəti ilə bağlıdır. ABŞ millətçi anti-Rusiya qüvvələri dəstəkləməyə çalışır. Son məqsəd daxili anti-Rusiya cəbhəsini birləşdirmək və Rusiya ilə əməkdaşlığa tərəfdar olanları sıxışdırmaqdır.
• ABŞ-ın ikinci məqsədi qondarma rus ekspansionizminə qarşı çıxan anti-Rusiya Ukraynası yaratmaq və Şərqi Avropada Rusiyanın təsirini balanslaşdırmaqdır.
• ABŞ-ın üçüncü məqsədi Rusiyanı Avropada cilovlamaq və ABŞ-ın regionda təsirini təmin etmək üçün Ukraynanı ABŞ və NATO-nun daha geniş strategiyasına daxil etməkdir.

“The Global Times”a görə Rusiyanın məruz qaldığı sərt sanksiyalar onu çökdürməsə də, təbii ki, iqtisadiyyatın modernləşdirilməsini ləngidəcək və rusların həyat səviyyəsinə təsir edəcək.

N.Quliyev
AzVision.az



Teqlər: Sanksiya  



Xəbər lenti