“Atletiko”dan azərbaycanlı nazirlərə forma hədiyyəsi
![“Atletiko”dan azərbaycanlı nazirlərə forma hədiyyəsi “Atletiko”dan azərbaycanlı nazirlərə forma hədiyyəsi](https://azvision.az/photos/28c89b97086c8f62a95fbb5818e0e93d.jpg)
“Atletiko”nun rəhbərliyi son vaxtlar komandanın gərgin təqvimdə oynamasına baxmayaraq, Azərbaycanla uğurlu əməkdaşlığa sadiqliyini və ehtiramını nümayiş etdirir. Bunun nəticəsidir ki, artıq bu gün hədiyyə olaraq, bir neçə forma ölkəmizə göndərilib” – deyə o vurğulayıb.
Qeyd edək ki, “Atletiko” tərəfindən formalar hər birinə bir ədəd olmaqla gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərləri – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib.
Y.Seyidov yaxın vaxtlarda “Bakı” klubu rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib.
Xatırladaq ki, 2013-cü ildən başlayaraq, “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” İspaniya çempionatı və Avropa kuboklarının oyunlarına üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalarla çıxır.
Teqlər: