İlon Mask Ukrayna üçün Starlink terminallarını açdı

   İlon Mask Ukrayna üçün Starlink terminallarını açdı
  27 Fevral 2022    Oxunub:1593
"Amerikalı milyarder İlon Mask Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək verib və ölkəmiz üçün Starlink terminallarını açıb".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal transformasiya naziri Mixail Fedorov deyib.

Mask nazirin müraciət tvitini şərh edərək bildirib ki, Ukrayna üçün Starlink terminallarını açır.

"Starlink xidmətləri artıq Ukrayna üçün əlçatandır. Daha sonra daha çox terminallar"- Mask yazıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti