Rusiya Mərkəzi Bankının aktivləri dondurulacaq

   Rusiya Mərkəzi Bankının  aktivləri dondurulacaq
  27 Fevral 2022    Oxunub:1896
Avropa İttifaqı Rusiya Mərkəzi Bankının aktivlərini “iflic etmək” niyyətindədir. AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
"Biz Rusiya Mərkəzi Bankının aktivlərini iflic edəcəyik. Bu, onun əməliyyatlarını donduracaq", - o deyib.

AK rəhbəri bu və Rusiyaya qarşı bir sıra digər əlavə məhdudiyyətləri Aİ ölkələrinin liderlərinin nəzərdən keçirməsi üçün təklif edəcək. Onun sözlərinə görə, bu tədbirlər ABŞ, Böyük Britaniya və Kanada ilə razılaşdırılaraq yaradılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti