Zelenski danışıqlar üçün Bakını və digər şəhərləri təklif etdi

      Zelenski danışıqlar üçün Bakını və digər şəhərləri təklif etdi
  27 Fevral 2022    Oxunub:2505
"Varşava, İstanbul, Bakı - Rusiyaya danışıqların bu şəhərlərdə keçirilməsini təklif etmişik. Ukraynaya raket atılmayan istənilən şəhərdə görüşə bilərik".

AzVision.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.

Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.

Zelenski bildirib ki, əgər Belarus Ukraynaya qarşı hərbi əməliyyatlara dəstək verməsəydi, Kiyev danışıqların orada keçirilməsinə razı olardı. Onun sözlərinə görə, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.

Putinin mətbuat xidmətinin rəhbəri Peskov "danlşıqlar üçün Belarusda görüşməyi gözlədiklərini" açıqlayıb. Rusiya nümayəndə heyəti XİN, Müdafiə Nazirliyi, və Prezident Aparatının təmsilçilərindən ibarətdir.

Danışıqlar üçün Qomel şəhəri seçilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti