"Rusiya saat 15:00-a qədər Kiyevdən cavab gözləyəcək" - Putinin köməkçisi

   "Rusiya saat 15:00-a qədər Kiyevdən cavab gözləyəcək" -    Putinin köməkçisi
  27 Fevral 2022    Oxunub:2052
Rusiya nümayəndələri saat 15:00-a qədər Qomeldə keçiriləcək görüşlə bağlı Ukraynanın cavabını gözləyəcəklər. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.
"Biz sakitliklə aşağıdakıları təklif edirik: indi günortadır. Saat 15:00-a qədər biz burada olmağa davam edirik və Ukrayna tərəfinin Qomeldə danışıqlara getmək qərarını təsdiqləmək üçün cavabını gözləyirik.

Bu təsdiqi alan kimi biz dərhal ora gedib, danışıqlar aparan həmkarlarımızla görüşəcəyik.

Biz sülh tərəfdarıyıq. Danışıqlardan imtina ediləcəyi təqdirdə qan tökülməsinə görə bütün məsuliyyət Ukrayna tərəfinin üzərinə düşəcək.

Amma biz saat 15:00-a qədər buradayıq, Ukrayna tərəfdən cavab gözləyirik”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti