"Zelenski yalan danışmasın, heç kim Kiyevi bombalamadı" - Lukaşenko

   "Zelenski yalan danışmasın, heç kim Kiyevi bombalamadı" -    Lukaşenko
  27 Fevral 2022    Oxunub:1617
Belarus prezidenti Aleksandr Lukaşenko bazar günü bildirib ki, Ukraynada bir dənə də olsun Belarus əsgəri və ya sursat yoxdur.

"Orada bir dənə də olsun əsgərimiz yoxdur. Mən dünən Makrona (Fransa prezidenti - red) bu barədə dedim. Mən ona dedim ki, heç bir əsgər belə... bir dənə də olsun belarus gülləsi yoxdur", - Lukaşenka deyib.
Belarus lideri vurğulayıb ki, indiyədək heç kim Kiyevi bombalamayıb. Raketlər Belarus ərazisindən Ukraynaya doğru uçmur - belə ehtiyac yoxdur.

"Saat 05:15-də münaqişə başladı. Qoy Vladimir Zelenski yalan danışmasın, heç kim Kiyevi bombalamadı.

Münaqişənin əvvəlində Belarusun cənubundan iki və ya üç raket zərbəsi endirildi. Çünki Ukrayna sərhədə yaxın üç və ya dörd raket batalyonunu yerləşdirmişdi", - Lukaşenko deyib.

Belarus lideri Ukrayna sərhədində yaralı ruslara kömək edilməsindən də danışıb

"Ruslara kömək edirikmi? Təbii ki, kömək edirik! Əgər ağır xəsarətlərlə bizə müraciət edirlərsə, biz onları müalicə edirik. Burada pis olan nədir ki?!".

Lukaşeno qeyd edib ki, hazırda Ukraynada Rusiya hərbçilərinin itkiləri ilə bağlı saxta məlumatlar yayılır.

"Mənə bu meyitlərin harada olduğunu göstərin? Bunlar saxtadır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti